Air Optix Colors kontakt linzaları istehsalında Air Optix Aqua kontakt linzalarında tədbiq olunan eyni xassəli materiallardan istifadə edilmişdir. O, Air Optix Aqua linzalarında olan unikal plazma səthli texnologiyaya, nəmləndirici inqridientə malikdir.
Air Optix Colors kontakt linzaları öz göz rənginiz ilə təbii formada qarışaraq gözəl,natural görünüş yaradır.Bu kontakt linzalar gündəlik istifadə olunaraq hər ay dəyişdirilməlidir. Digər rəngli kontakt linzalardan 6 dəfə çox oksigen keçirir.Air Optix Colors`un istehsal texnologiyaları:
3-ü 1-də Texnologiyası kontakt linzanın rəngi ilə öz göz rənginizin təbii qarışımını yaradır.Kontakt linzanın xarici halqası,əsas rəng və daxili halqası gözlərinizdə təbii,gözəl görünüş yaradır.
Smartshield Texnologiyası kontakt linzanın səthində ultra-nazik qoruyucu təbəqə yaradır,hansı ki 1 ay ərzində linzanı xarici təsirlərdən,qıcıqlandırıcı maddələrdən qoruyur.
Texniki göstəricilər:
Material: lotrafilcon B
Su tərkibi: 33%
Diametr: 14.2 mm
Baza əyriliyi: 8.6 mm
Səthi: Unique SmartShield® Technology
Optik gücü:
0.00 to -6.00D (0.25D addımla), -6.00D to -8.00D (-0.50D addımla)
+0.25 to +6.00 (0.25D addımla)
Air Optix Colors kontakt linzaları qutuda 2 ədəd olmaqla istehsal olunur.
Hər kontakt linza gündəlik istifadə olunmaqla 1 aydan bir dəyişdirilməlidir.
Kontakt Linzadan Düzgün İstifadə Qaydaları:
Linzaları taxmazdan və çıxarmazdan əvvəl əllərinizi sabunla yuyub quru dəsmalla qurulayın.
Hər istifadədən sonra linzanı xüsusi dezinfeksiyaedici məhlul ilə yuyun.
Linzaları heç vaxt kran suyu və ya tüpürcək ilə yumayın.
Linza qabını hər 1-2 aydan bir yenisi ilə əvəz edin.
Hələ rəy yoxdur — ilk rəyi siz yazın.
Məhlullar, damcılar və aksesuarlar — linzalarınız qulluq tələb edir.