HYDRACLEAR® texnologiyası sayəsində bütün günü davam edən, təkraredilməz rahatlıq hissi yaradılır.
# ACUVUE OASYS HYDRACLEAR Plus
İki həftəlik ACUVUE® OASYS® kontakt linzaları aşağıdakı hallarda Sizin üçün mükəmməl seçim ola bilər:
* Uzunmüddətli taxılma zamanı gözdə hiss olunmayan, ultra hamar və nəmləndirilmiş linzalardan istifadə etmək istəyirsinizsə;
* Kompüter qarşısında çox vaxt keçirirsinizsə;
* Quru havalı, qızdırılan və ya kondisioner istifadə olunan məkanlarda uzun müddət qalırsınızsa;
* Gün ərzində gözlərinizdə yorğunluq hiss edirsinizsə.
ACUVUE® OASYS® kontakt linzalarının istehsalında patentləşdirilmiş HYDRACLEAR® texnologiyasından istifadə olunur. Bu texnologiya uzun müddət taxılma zamanı nəmi saxlayan və gözə lazımi miqdarda oksigenin çatmasına imkan verən iki həftəlik silikon-hidrogel linzaların istehsalına şərait yaradır. Bunun sayəsində gün ərzində davam edən unikal rahatlıq hissi təmin edilir.
### Texniki göstəricilər:
Sfera:
* -0.50D-dən -6.00D-yə qədər (0.25D addımla)
* -6.50D-dən -12.00D-yə qədər (0.50D addımla)
* +0.50D-dən +6.00D-yə qədər (0.25D addımla)
* +6.50D-dən +8.00D-yə qədər (0.50D addımla)
Material: Senofilcon A
Su tərkibi: 38%
Oksigen keçiriciliyi: 98%
Diametr: 14.0 mm
Baza əyriliyi: 8.4 mm / 8.8 mm
Kontakt Linzadan Düzgün İstifadə Qaydaları:
Linzaları taxmazdan və çıxarmazdan əvvəl əllərinizi sabunla yuyub quru dəsmalla qurulayın.
Hər istifadədən sonra linzanı xüsusi dezinfeksiyaedici məhlul ilə yuyun.
Linzaları heç vaxt kran suyu və ya tüpürcək ilə yumayın.
Linza qabını hər 1-2 aydan bir yenisi ilə əvəz edin.
Məhlullar, damcılar və aksesuarlar — linzalarınız qulluq tələb edir.