1-Day Acuvue Moist - bu linzanın daxilində nəmləndirici komponentlə Premium sinifinin yeni birgünlük linzalarıdır ki, sadə 1 Day Acuvue linzaları ilə müqaisədə istifadəsi zamanı daha uzun müddətli rahatlığı təmin edir və quruluğun yaranmasının və günün sonuna gözlərin qızarması ehtimalını azaldır.
Məşhur Etafilkon A materialına nəmləndirici ilə zəngin komponentlər daxil edilmişdir ki, o bütün taxma dövrü ərzində linzada qalır. Bu patentlənmiş texnologiya sayəsində linzanın ətrafında "nəmlənmə yastığı" adlandırılan əlavə qat yaradılır. Rütubət linzada və onun ətrafında daim saxlanır, linzanın səthi daha hamar və zərif olur, Siz isə bütün gün ərzində rahatlıq və təravət hiss edirsiniz. Nə üçün onları sınamağa dəyər?
1-DAY ACUVUE® MOIST® linzaları Sizə növbəti üstünlüklər verəcək:
• Hətta günün sonunda gözlərdə təravət və rahatlıq hissi;
• UB-şüalardan müdafiənin yüksək dərəcəsi;
• Taxılma və çıxarılmanın sadəliyi;
• Hər gün yeni linzalarla rahatlıq və sağlam görmə qabiliyyəti.
Texnologiya
• Lacreon™ unikal texnologiyası gözlərin dincəlməyə və nəmlənməyə daha çox ehtiyac olduğu gün sonunda belə, linzada 100 % nəmləndirici komponenti saxlamağa imkan verir.
• UB-filtr 70%-dən çox UB-A şüaları və 95% UB-V şüalarını saxlayır.
Texniki göstəricilər:
Sfera: -0.50D to -6.00D (0.25D addımla)
-6.50D to -12.00D (0.50D addımla)
+0.50D to +6.00D (0.25D addımla)
Material: Etafilcon A
Su tərkibi: 58%
Oksigen axını: 88%
Diametr: 14.2 mm
Baza əyriliyi: 8.5 mm/9.00 mm
Kontakt Linzadan Düzgün İstifadə Qaydaları:
Linzaları taxmazdan və çıxarmazdan əvvəl əllərinizi sabunla yuyub quru dəsmalla qurulayın.
Hər istifadədən sonra linzanı xüsusi dezinfeksiyaedici məhlul ilə yuyun.
Linzaları heç vaxt kran suyu və ya tüpürcək ilə yumayın.
Linza qabını hər 1-2 aydan bir yenisi ilə əvəz edin.
Hələ rəy yoxdur — ilk rəyi siz yazın.